суббота, 26 марта 2016 г.
Gigiyena qaydalarına düzgün əməl etməyin faydası
Apardığım tədqiqatlar nəticəsində belə qənaətə gəldim ki,gigiyena qaydalarına düzgün əməl etsəm,yoluxucu xəstəliklərdən qoruna bilərəm.Nəinki özümü ,hətta ətrafımdakıları bu cür xəstəliklərə yoluxdurmaram.
Əziz şagirdlər, siz də yoluxucu xəstəliklərdən qorunmaq istəyirsinizsə, hər zaman gigiyena qaydalarına düzgün əməl edin.
Yoluxucu xəstəliklərdən necə qorunmaq olar.
Mən anamın dediyi sözdən sonra anladım ki, gigiyena qaydalarına düzgün əməl etməmişəm.Məndə narahatçılıq doguran səbəblrdən biri də o oldu ki,gigiyena qaydalarına düzgün əməl etməsək başqa hansı yoluxucu xəstəliklərə yoluxarıq.Bu cür xəstəliklərə yoluxmamaq üçün nə etməliyik? Araşdirmalarım nəticəsində mənə məlum oldu ki , soyuq dəymə, zökəm,qrip,ishal ,dəri və digər yoluxucu xəstəliklər ələ bulaşan mikroblar vasitəsilə yayılır. Bunun qarşısını almaq üçün ən yaxşı yol isə əlləri tez-tez yumaqdır.
Yoluxucu qış xəstəliklrinin əsas səbəbkarı daha çox viruslar göstərilir.Məsələn,influenza adlı virus, dəridə 5 dəqiqə, geyim şyalarında , kağız və dəsmallarda 8-12 saat. qapı dəstəyində, oyuncaqlar zərində 24-48 saat yaşaya bilir.Digər bir virus olan qastroenterit isə. hətta 60 gün yaşayır
Biz də hər yerə toxunduğumuz üçün əllərimizin təmiz qalması mümkün deyil.Qrip, sarılıq və ishala səbəb oan bağırsaq parazitləri də əl vasitəsilə yayılır. Biz əllərimizi yumadıqda mikroblara daha asan yoluxuruq.Məktəbdə hamımızın istifadə etdiyi klaviatura, dəsmal,silgi, qələm və pozan kimi əşyalar yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Yadda saxlamaq lazımdır ki.mikroblar ancaq əlverişli şərait olduqda çoxalır.Buna görə də ,əli isti su ilə yumaqla da mikrobun məhv olmasına əmin olmaq çətindir.Buna görə də su və sabunla əl- ayağı,barmaq aralarını ,biləyi, barmaq uclarını yaxşıca yumaq lazımdır.Bundan başqa ictimai yerlərdə əlləri maye sabunla yuyub,kağız dəsmalla qurulamaq məsləhətdir.
Daha sonra dırnaqları vaxtı -vaxtında kəsmək lazımdır. Çünki dırnaqlarda daha çox mikrob gizlənir.Dişlərimizi yemək yedikdən sonra fırçalamalıyıq.
Niyə belə oldu?
İstirahət günü idi.Hava çox isti idi.Mən dostumla qərara gəldim ki,valideynlərimizdən xahiş edək bizi Qəbələyə aparsınlar.Valideynlərimiz bizim xahişimizi yerinə yetirdilər.Biz Qəbləyə getdik.Oranı gəzdikdən sonra çayın kənarında oturub istirahət etdik.Mən dostumla çaya enib,rəngarəng daşlar yığdıq. Çay daşlarını yığmaq mənim üçün o qədər maraqlı oldu ki,vaxtın necə keçdiyini heç bilmədim.Çay daşlarını yığdıqdan sonra hiss etdim ki,bərk susamışamMən bir andaca çayın suyunu ovcuma alıb acgözlüklə içdim.Sonra çaydan çıxıb əllərimi yumadan dönər yedim.Dostum nə qədər təkid etdisə də əllərini yu,ona fikir vermədim.
Gəzintidən xeyli müddət keçdi.Bir gün mən bərk sancılandım.Anam mənim sancılanmağımdan xəbər tutan kimi tez mənə nanə çayı dəmlədi və dərman verdi.Sancım bir müddət kəsdi.Ancaq sonra yenə sancılandım.Buna görə anam məni həkimə apardı.Müayinədən sonra aydın oldu ki,mən qurd xəstəliyinə yoluxmuşam.Həkim mənə müalicə üçün dərman yazdı.
Evə gəldikdən sonra anamdan bu xəstəliyə nə üçün yoluxmağımın səbəbini soruşdum.Anam mənə dedi ki,görünür sən gigiyena qaydalarına əməl etmirsən.Mən heç bir söz deməyib,başımı aşağı saldım.
Подписаться на:
Сообщения (Atom)