суббота, 26 марта 2016 г.

Niyə belə oldu?

   İstirahət günü idi.Hava çox isti idi.Mən dostumla qərara gəldim ki,valideynlərimizdən xahiş edək bizi Qəbələyə aparsınlar.Valideynlərimiz bizim xahişimizi yerinə yetirdilər.Biz Qəbləyə getdik.Oranı gəzdikdən sonra çayın kənarında oturub istirahət etdik.Mən dostumla çaya enib,rəngarəng daşlar yığdıq.  Çay daşlarını yığmaq mənim üçün o qədər maraqlı oldu ki,vaxtın necə keçdiyini heç bilmədim.Çay daşlarını yığdıqdan sonra hiss etdim ki,bərk susamışamMən bir andaca  çayın suyunu ovcuma alıb acgözlüklə içdim.Sonra çaydan çıxıb əllərimi yumadan dönər yedim.Dostum nə qədər təkid etdisə də əllərini yu,ona fikir vermədim.

      Gəzintidən xeyli müddət keçdi.Bir gün mən bərk sancılandım.Anam mənim sancılanmağımdan xəbər tutan kimi tez mənə nanə çayı dəmlədi və dərman verdi.Sancım bir müddət kəsdi.Ancaq sonra yenə sancılandım.Buna görə anam məni həkimə apardı.Müayinədən sonra aydın oldu ki,mən qurd xəstəliyinə yoluxmuşam.Həkim mənə müalicə üçün dərman yazdı.

   Evə  gəldikdən sonra anamdan  bu xəstəliyə nə üçün yoluxmağımın səbəbini soruşdum.Anam mənə dedi ki,görünür sən gigiyena qaydalarına əməl etmirsən.Mən  heç bir söz deməyib,başımı aşağı saldım.





Комментариев нет:

Отправить комментарий