суббота, 26 марта 2016 г.

Yoluxucu xəstəliklərdən necə qorunmaq olar.


     Mən anamın dediyi sözdən sonra anladım ki, gigiyena qaydalarına düzgün əməl etməmişəm.Məndə narahatçılıq doguran səbəblrdən biri də o oldu ki,gigiyena qaydalarına düzgün əməl etməsək  başqa hansı yoluxucu xəstəliklərə yoluxarıq.Bu cür xəstəliklərə yoluxmamaq üçün nə etməliyik?     Araşdirmalarım nəticəsində mənə  məlum oldu  ki , soyuq dəymə,  zökəm,qrip,ishal ,dəri və digər yoluxucu xəstəliklər  ələ bulaşan  mikroblar vasitəsilə yayılır. Bunun qarşısını almaq üçün ən yaxşı yol isə əlləri tez-tez yumaqdır.

    Yoluxucu qış xəstəliklrinin əsas səbəbkarı daha çox viruslar göstərilir.Məsələn,influenza adlı virus, dəridə 5 dəqiqə, geyim şyalarında , kağız və dəsmallarda 8-12 saat. qapı dəstəyində, oyuncaqlar zərində 24-48 saat yaşaya bilir.Digər bir virus olan qastroenterit isə. hətta 60 gün yaşayır

     Biz  də hər yerə toxunduğumuz üçün əllərimizin təmiz qalması mümkün deyil.Qrip, sarılıq və ishala səbəb oan bağırsaq parazitləri də əl vasitəsilə yayılır.  Biz əllərimizi yumadıqda  mikroblara daha asan  yoluxuruq.Məktəbdə hamımızın istifadə etdiyi  klaviatura, dəsmal,silgi, qələm və pozan kimi əşyalar yoluxucu  xəstəliklərin  yayılmasına  səbəb olur.      Yadda saxlamaq lazımdır ki.mikroblar ancaq əlverişli şərait olduqda çoxalır.Buna görə də ,əli isti su ilə yumaqla da mikrobun məhv olmasına əmin olmaq çətindir.Buna görə də su və sabunla  əl- ayağı,barmaq aralarını ,biləyi, barmaq uclarını yaxşıca yumaq lazımdır.Bundan başqa ictimai yerlərdə əlləri maye sabunla yuyub,kağız  dəsmalla qurulamaq məsləhətdir.

      Daha sonra dırnaqları vaxtı -vaxtında kəsmək lazımdır. Çünki dırnaqlarda daha çox mikrob gizlənir.Dişlərimizi yemək yedikdən sonra fırçalamalıyıq.


       

Комментариев нет:

Отправить комментарий